Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski bildirib ki, Ukrayna limanlarında təxminən 1,5 milyon ton taxıl bloklanıb.
Qaynarinfo xəbər verir ki, onun sözlərindən TASS sitat
gətirib.
Onun sözlərinə görə, ümumilikdə ölkədən 20 milyon tona yaxın taxıl çıxarmaq lazımdır və bir aydan sonra yeni məhsulun yığımına başlanılacaq. Taxıl ixracı qərb sərhədindən keçir.
"İxrac logistikası hər ay artır, lakin bu, kifayət deyil. Ona görə də limanların blokdan çıxarılması mütləq prioritetdir", - Solski əlavə edib.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vurğulamışdı ki, Kiyev limanlardan taxıl ixrac etmək üçün üçüncü ölkələr və BMT-nin zəmanətinə ehtiyac duyur, Kremlin birtərəfli zəmanəti kifayət deyil.
Alpər