Xəbər lenti

Ukrayna MDB-ni tərk edir
Dünya05:24 27.05.2014

Ukrayna MDB-ni tərk edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Müstəqil Dövlətlər Birliyindən çıxmaq prosesinə start verir.

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. O bildirib ki, şuranın iclasında Ukraynanın MDB-də sədrliyinin dayandırılması və təşkilatdan çıxmaq barədə qərar qəbul olunub.
 
Xatırladaq ki, Kiyev daha əvvəl MDB-də sədrlikdən imtina etdiyini açıqlamışdı. Bu funksiyanı Belarus öz üzərinə götürüb. Ukrayna aprelin 25-də MDB əlaqələndirmə institutlarındakı daimi nümayəndəsini geri çağırıb.

Qaynar.info