
Ukraynanın 17 yaşadək milli komandasının (U-17) Bakıya gələcək heyəti bilinib.
Qaynar.info xəbər verir ki, baş məşqçi Aleksandr Petrakov Azərbaycana 18 futbolçu gətirəcək. Bunlardan 8-i Kiyev "Dinamo"sunun, 3-ü isə Donetsk "Şaxtyor"unu təmsil edir.
Qapıçılar: Vladislav Kuçeruk ("Dinamo"), Andrey Lunin ("Dnepr");
Müdafiəçilər: Aleksandr Avramenko ("Metallist"), Denis Popov, Vitali Mikolenko (hər ikisi "Dinamo"), Valeri Bondar ("Şaxtyor"), Timofey Suxar ("Dnepr"), Aleksey Sıç ("Karpatı");
Yarımmüdafiəçilər: Aleksey Xaxlyov, Sergey Buletsa, Eduard Sarapi (hər üçü "Dinamo"), Maksim Çex ("Şaxtyor"), Nikolay Musolitin ("Çernomorets");
Hücumçular: Aleksey Kaşçuk ("Şaxtyor), Andrey Kulakov ("Metallist"), Yaroslav Deda ("Volın"), Yuri Kozırenko, Denis Yanakov (hər ikisi "Dinamo").
Ukraynalıların Bakıda olduğu müddətdə martın 1-i və 3-də Azərbaycan U-17-si ilə qarşılaşacağı əvvəldən bəlli idi. Qonaqlar millimizdən əvvəl isə "Neftçi"dən olan həmyaşıdları ilə görüşəcək. Bu matç fevralın 28-də baş tutacaq.
Qeyd edək ki, Ukrayna U-17-si bundan sonra "Dumanlı Albion"a yola düşəcək. Orda martın 24-dən 29-dək İngiltərənin meydan sahibliyi ilə Türkiyə və Finlandiya komandaları ilə Bakıdakı Avropa çempionatına vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Qaynar.info