Xəbər lenti

Ukrayna MN: “Rusiya hərbçiləri talan edilmiş əmlakı ölkədən çıxarırlar”
Dünya05:15 01.04.2022

Ukrayna MN: “Rusiya hərbçiləri talan edilmiş əmlakı ölkədən çıxarırlar”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdə yerli sakinlərə mal və xidmət ödənişlərini rublla ödəməsi məcbur edilir”.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi müharibənin 37-ci günü ilə bağlı "Facebook" səhifəsində operativ məlumat yayıb.
Nazirliyin yaydığı məlumata əsasən, Rusiya hərbçiləri Kiyev vilayətinin şimalından Belarus sərhədinə doğru çıxarılır:
"Rusiya hərbçiləri talan edilmiş əmlakı ölkədən çıxarırlar. Həmçinin onlar dinc əhalinin təxliyəsinə maneə yaradır, yerli sakinlərin evlərindən şəxsi heyətin yerləşməsi üçün istifadə edir, vətəndaşlarımızı girov götürürlər. Soyğunçuluq və zorakılıq davam edir. Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdə yerli sakinlərə mal və xidmət ödənişlərini rublla ödəməsi məcbur edilir”.