Xəbər lenti

Ukrayna MN Rusiyanın hərbi itkilərini açıqladı
Dünya08:41 29.03.2022

Ukrayna MN Rusiyanın hərbi itkilərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Müdafiə Nazirliyi Rusiyanın hərbi itkilərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Məlumatda vurğulanır ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya ordusunun 597 tankı, 1710 zirehli döyüş maşını, 303 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 havadan müdafiə sistemi, 127 hərbi təyyarəsi, 129 helikopteri, 1178 avtomobil texnikası, 7 gəmi/kateri, 73 yanacaq çəni, 71 dronu, 4 OTRK / TRK / mobil SRBM sistemi, 21 xüsusi avadanlığı məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 17 200-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.