Xəbər lenti

Ukrayna müdafiə naziri istefa verdi
Dünya09:10 20.05.2019

Ukrayna müdafiə naziri istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın müdafiə naziri Stepan Poltorak istefa verib.
Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, nazir bu barədə "Facebook" hesabında məlumat verib. Ötən saatlarda and içərək vəzifəsinin icrasına başlayan prezident Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin 2 ay müddətinə vəzifədən azad edilməsini istəyib. Ölkə başçısı həmçinin parlamenti buraxıb və millət vəkillərinin toxunulmazlığını ləğv edib, digər qurum rəhbərlərini də istefaya çağırıb.
Gülşən