Ukrayna Rusiyaya ilə danışıqlara hazır olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bunu ölkənin müdafiə naziri Rustem Umerov bəyan edib. O, həmçinin vurğulayıb ki, "ədalətli və möhkəm sülh yalnız Ukrayna döyüş meydanında güclü olduqda mümkündür".
Umerov Brüsseldəki Ramştayn formatında Kontakt Qrupunun iclasında iştirak edir. "Biz müdafiəmizi və bütün Avropanın təhlükəsizliyini gücləndirmək üzərində işləyirik", - deyə o qeyd edib. İclasda Böyük Britaniyanın Müdafiə Nazirliyi üzrə dövlət katibi Con Hili ilk dəfə başçılıq edir. Həmçinin, iclasda ABŞ-ın yeni müdafiə naziri Pit Hegset də iştirak edir.
Əvvəllər Kremlin nümayəndələri Rusiyanın Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlardan imtina etmədiyini bəyan ediblər, baxmayaraq ki, dövlət başçısı Vladimir Putin onu "qanunsuz" Ukrayna Prezidenti olaraq qəbul edir. Eyni zamanda, orada qeyd ediblər ki, Kiyev " maraqlı olduğunu göstərməli" və Putinə qarşı əlaqə qurmağı qadağan edən qanunvericiliyi ləğv etməlidir. Fevralın 4-də Zelenski bildirib ki, müharibəni bitirmək üçün Putinlə birbaşa danışıqlara hazırdır: "Əgər bu, ukraynalılar üçün sülhə nail olmaq və insan itkilərinə yol verməmək üçün təkcə bir yol olacaqsa, əlbəttə ki, biz buna gedəcəyik", - deyə o qeyd edib.
Alpər