BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının statistikasına görə, qlobal miqyasda əsas ərzaq məhsulları - yarma, şəkər, taxıl və bitki yağlarının qiyməti rekord həddə bahalaşıb.
Qaynarinfo bu barədə Politico.eu saytına istinadən
xəbər verir.
Rusiyanın əsas ərzaq məhsulları ixrac edən mərkəzlərdən biri olan Ukraynaya hücumu əmtəə bazarına ciddi təsir edib, Afrika və Yaxın Şərqdə ərzaq qıtlığı təhlükəsi yaradıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının ərzaq qiymətləri indeksinə görə, fevral ayı ilə müqayisədə mart ayında ərzaq qiymətləri 12.6% bahalaşıb. Təşkilat bahalaşmanı Ukraynadakı müharibə nəticəsində buğda və taxılın qiymətinin artması ilə əlaqələndirib.
Təşkilat həmçinin bildirir ki, ay boyunca dünyada buğda qiymətləri 19.7 % artıb.
Nurlan Hüseynov