Xəbər lenti

Ukrayna müharibəsində sərt gəlişmə: Rusiya ABŞ və NATO silah karvanlarını vuracaq
Dünya07:04 14.04.2022

Ukrayna müharibəsində sərt gəlişmə: Rusiya ABŞ və NATO silah karvanlarını vuracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ABŞ və NATO-nun silah tədarükünü daşıyan nəqliyyat vasitələrini hərbi hədəf kimi görəcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov TASS xəbər agentliyinə müsahibəsində bildirib.
"Xəbərdarlıq edirik ki, Ukrayna ərazisində hərəkət edən silahlı Amerika və NATO nəqliyyat vasitələrini qanuni hərbi hədəf kimi görəcəyik”, - Rıbakov deyib.
Rıbakov Amerika və Qərb ölkələri tərəfindən Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyatının” sürətini azaltmaq cəhdlərinin qarşısının alınacağını da deyib. 
"Amerikalılara və Qərb ölkələrinə açıq şəkildə bildiririk ki, bizim xüsusi hərbi əməliyyatımızı yavaşlatmaq, Rusiya, DXR və LXR birləşmələrinə mümkün zərər vurmaq cəhdlərinin qarşısı şərt şəkildə alınacaq”, - xarici işlər nazirinin müavini açıqlamasında bildirib.
Nurlan Hüseynov