Xəbər lenti

Ukrayna müxalifəti mətbuat konfransı keçirir
Dünya12:30 04.12.2013

Ukrayna müxalifəti mətbuat konfransı keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna müxalifəti bu saatlarda mətbuat konfransı keçirir. Müxalifət liderlərinin sözlərinə görə, Kiyevin əsas dövlət orqanları müxalifətin nəzarəti altındadır və xalq hökumət təslim olmayana qədər meydanlardan çəkilməyəcək. Müxalifətçilərin sözlərinə görə, onlar bütün situasiyanı nəzarətdə saxlayır. Ali Radada baş verənlərə münasibət bildirən liderlərin sözlərinə görə hökumət parlamentdəki şoxluq vasitəsilə ömrünü uzatmağa çalışsa da, bu mümkün olmayacaq.

Müxalifət ölkədəki situasiyanın beynəlxaq vasitəçilərin yardımı ilə çözülməsi variantını da qəbul etmir. Onların sözlərinə görə, bu məsələnin həlli deyil, iqtidara vaxt qazandırılmasıdır. Bunula belə, Ukrayna müxalifətçiləri Avropa qurumları ilə təmasları davam etdirir. Xəbər verdiyimiz kimi bu gün Brüsseldə Avropa Birlliyinin komissiyaları ilə Ukraynanın Avrointeqrasiya məsələsi yenidən müzakirə edilir.

Bu arada Krım tatarlarının kütləvi şəkildə Maydana gəlməsi ilə bağlı xəbərlər yayılıb. Müxalifət düşərgəsinin verdiyi xəbərə görə, ölkənin ən böyül icmalarından olan tatar icması adlarının hakimiyyət tərəfdarları ilə bərabər çəkilməsinə etirazlarını bu şəkildə ifadə etməyə qərar veriblər. Yada salaq ki, bir neçə gündür Ukraynada mitinqçilərə zor tətbiq edənlərin Krımdan gətirilən xüsusi xidmət işçiləri olduğu haqda xəbərlər yayılıb. Ölkənin tatar icması birmənalı olaraq bildirib ki, onlar ölkənin Avropaya inteqrasiyasının tərəfdarlarıdırlar.


Qaynar.info