Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, Ukrayna müttəfiq dövlətləri təhdid edən Rusiya imperializminə qarşı NATO-nun maraqları naminə müharibə aparır və buna görə də Alyansın bir hissəsi olmağa layiqdir.
Qaynarinfo PAP-a istinadla xəbər verir ki, o, bunu Kanadanın CBS kanalına müsahibəsində
deyib.
"Ukrayna bu gün NATO-nun bir hissəsi olmasa belə, onun maraqları naminə müharibə aparır, bu mənada ki, o, bir çox NATO ölkələrini təhdid edəcək qəddar Rusiya qüvvələrinə qarşı mübarizə aparır", - Moravetski bildirib.
"Hesab edirəm ki, Ukrayna NATO-ya çox sürətli yol təklif edilməyə layiqdir”, - Polşa hökumətinin başçısı bildirib.
Onun fikrincə, bu məsələ hazırda Ukrayna dövlət sisteminin müəyyən problemlərindən daha vacibdir.
Moravetski coğrafi baxımdan Rusiyadan uzaq olan Qərbi Avropa ölkələrini də Ukraynaya daha çox dəstək verməyə çağırıb.
Nizami Bağırov