Xəbər lenti

Ukrayna NATO-ya üzv olsa, nə baş verəcək? - Putin pis ssenarini açıqladı (VİDEO)
Dünya11:21 08.02.2022

Ukrayna NATO-ya üzv olsa, nə baş verəcək? - Putin pis ssenarini açıqladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olacağı halda baş verəcəklərdən danışıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra keçirilən brifinqdə açıqlama verib.
"Əgər Ukrayna NATO-ya qəbul edilərsə və hərbi yolla Krımı qaytarmağa cəhd edərsə, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə hərbi münaqişəyə cəlb olunacaq. Belə bir münaqişədə qalib tərəf olmayacaq" deyə Putin bildirib.
Rusiya Prezidenti qeyd edib ki, nə o, nə də fransalı həmkarı proseslərin bu cür inkişafını istəmir.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/P5SKRvz-LDs" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">