Xəbər lenti

Ukrayna nə qədər əsgər itirib? - "Türkiyədə zəlzələ qurbanlarının sayından azdır"
Dünya10:47 16.04.2023

Ukrayna nə qədər əsgər itirib? - "Türkiyədə zəlzələ qurbanlarının sayından azdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukraynanın müharibədəki itkiləri Türkiyədə fevral ayında baş vermiş zəlzələ qurbanlarının sayından azdır". 
Qaynarinfo xəbər verir ki, bu sözləri İspaniyanın "La Razon” qəzetinə müsahibəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
"Əlbəttə ki, müharibə şəraitində olduğumuz üçün itkilərimiz var. Amma onlar Rusiyadan kritik dərəcədə azdır. Mən sizə bir rəqəm deyə bilmərəm. Amma sizi əmin edə bilərəm ki, ümumi say Türkiyədəki zəlzələ nəticəsində ölənlərin sayından azdır".
Reznikov vurğulayıb ki, Ukrayna hərbi komandanlığının əsas vəzifəsi əsgərlərin həyatını xilas etməkdir, Rusiya isə öz ordusundan top yemi kimi istifadə edir.
"Bu, ətçəkən taktikadır. Onların vecinə deyil. Təkcə Baxmutda Rusiyadan hər gün 500 nəfər ölür və yaralanır. Bu, gündə bir batalyondur - "Vaqner" qrupunun üzvləri, muzdlular və keçmiş cinayətkarlar. Bu barbarlıqdır", deyə nazir bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın hərbi-siyasi rəhbərliyi öz mövqeyini açıq şəkildə bəyan edib - itkilərin dəqiq sayı yalnız müharibədən sonra açıqlanacaq. Buna baxmayaraq, zaman-zaman ümumiləşdirilmiş məlumatlar səslənir. Belə ki, dekabrda Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna fevralın 24-dən noyabrın sonuna kimi 13 minə yaxın əsgərini itirib. Eyni zamanda, yaralıların əksəriyyətini xilas etmək və xidmətə qaytarmaq mümkün olub.
Bu yaxınlarda Pentaqondan sənədlərin sızması zamanı məlum olub ki, Amerika kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin bərpa olunmaz itkilərini 16-17,5 min nəfər səviyyəsində qiymətləndirir. 
Onu da qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ nəticəsində 50 500 nəfər həlak olub. Bu barədə iki gün öncə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Aydın