Xəbər lenti

Ukrayna nüvə texnologiyasını ABŞ-a verir - Rusiya xofda
Dünya11:57 20.05.2014

Ukrayna nüvə texnologiyasını ABŞ-a verir - Rusiya xofda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Nümayəndələr Palatasının nüvə silahı ilə bağlı Alt Komitəsinin rəhbəri Mayk Rocersin rəsmi Kiyevin ballistik silahlarla bağlı Rusiya ilə əməkdaşlığa xitam verilməsi yönündə lazımı işlərin görülməsini təklif etməsi rəsmi Moskvanı əməlli narahat edib.

Bu barədə “Daily Beast” dərgisində ətraflı məqalə yer alıb.

Rocers əsasən Ukrayna ərazisindəki “Yujnoe” kompleksinin ABŞ və onun  müttəfiqlərinə hansı şəkildə kömək edə biləcəyi məqamını nəzərdən keçirib.

Rusiya mediası da məsələyə reaksiya verib və müəyyən təhlillərdə söhbətin ABŞ-ın Rusiyanın nüvə texnologiyalarının bir hissəsini ələ keçirəcəyi ehtimalı qeyd olunub.

Rocersin təklifinin tam mətni hələ Konqresin rəsmi saytında yerləşdirilməyib, ruslar bu təşəbbüs yazısını səbrsizliklə və narahatlıqla gözləyirlər.

Qaynar.info