Ukrayna Silahlı Qüvvələri Nikolayev və Xerson vilayətlərinin inzibati sərhədləri yaxınlığındakı 4 yaşayış məntəqəsini azad edib.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Cənub” Əməliyyat Komandanlığı "Facebook"da
məlumat yayıb.
Qeyd edilib ki, ötən sutkada Rusiya bu istiqamətdə 47 canlı qüvvə, 2 zenit-raket kompleksi, 8 avtomobil texnikası, 2 PUA, bir radiolokasiya stansiyası, bir dezel-generatoru itirib. Həmçinin, Ukrayna Silahlı Qüvvələri bu ərazidə Rusiyanın 7 anbarını, sursat və yanacaq-sürkü materialları aparan karvanını məhv edib.
Aydın