Xəbər lenti

Ukrayna ordusu bu şəhəri geri aldı
Dünya10:30 27.02.2022

Ukrayna ordusu bu şəhəri geri aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ordusunun tankları bu gün Ukraynanın Buça şəhəri istiqamətindən İrpin şəhərinə daxil olub. Lakin Ukrayna Silahlı Qüvvələri işğalçıları şəhərdən çıxara bilib.
Qaynarinfo xəbər verir ki, bunu İrpin şəhərin meri Aleksandr Markuşin deyib.
"Biz İrpini əldə saxlayırıq! Bu gün İrpin 100 % nəzarətimiz altındadır", - şəhər meri vurğulayıb.
O, yerli sakinlərdən evdə qalmağı xahiş edib, çünki atəş daim davam edir. Qeyd edilir ki, Ukrayna hərbçiləri üçün əlavə hərbi qüvvələr göndərilib.