"Son bir ildə Avropanın ən böyük qüvvəsinə çevrilən Ukrayna ordusu artıq bütün NATO standartlarını üstələyir".
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu fikri telemarafonun efirində Avropa Parlamentinin Litvadan olan üzvü Andrius Kubilius
deyib.
"İnanıram ki, Ukrayna bütün NATO standartlarını üstələyir. Siz ötən bir ildə sübut etdiniz ki, Ukrayna hərbi qüvvələri Qərb silahlarının köməyi ilə bütün demokratik Avropa qitəsində ən böyük qüvvədir", deyə deputat bildirib.
Onun sözlərinə görə, indi Ukraynanın NATO standartlarına uyğun olub-olmaması yox, blokun digər ölkələrinin Ukraynanın göstərdiyi standarta uyğun olub-olmamasıdır.
"Bizə tamamilə aydındır ki, Ukraynanın təhlükəsizlik zəmanəti almaq üçün NATO-ya üzv olması nəinki lazımdır, həm də Ukraynanın ən qısa zamanda Alyansa üzv olması blokun özü üçün çox vacibdir. Çünki, sizin təcrübəniz və hərbi gücünüz NATO-nun güclənməsinə kömək edəcək”, deyə Kubilius əlavə edib.
Qeyd edək ki, keçən ay NATO-nun baş katibi Yens Stoltenberq müharibə başlayandan sonra ilk dəfə Ukraynaya səfər edib. Səfərdən sonra o, Alyansın Ukraynanın daxil olması ilə bağlı razılığa gəldiyini açıqlayıb. Bir sıra ölkələr bu məsələ ilə bağlı öz mövqelərini açıq şəkildə ifadə ediblər. Polşa, Çexiya və Slovakiya birgə bəyanat yayaraq, Kiyevin Alyansa qoşulmazdan əvvəl təhlükəsizlik təminatının verilməsini tələb ediblər.
Ukraynanın NATO-ya üzvlüyünün yalnız Rusiyanın razılığı ilə mümkün olması ilə bağlı bəyanat Macarıstanda qalmaqal yaradıb. Almaniya isə bəyan edib ki, Ukraynanın üzvlük məsələsinin tezliklə həlli perspektivi yoxdur.
Polşa açıq şəkildə Berlin və Parisi Ukraynanın NATO-ya üzvlüyünü gecikdirməkdə ittiham edib.
Aydın