Ukrayna Silahlı Qüvvələri dünən Zaporojye vilayətinin Poltovka kəndini Rusiya qoşunlarından geri alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motzuyanik bildirib.
O, vurğulayıb ki, paytaxt Kiyevin yaxınlığında yerləşən İrpin şəhərində şiddətli döyüşlər davam edir.
İrpinin meri Aleksandr Markuşin xəbəri təsdiqləyib. "Düşmən qoşunları İrpinə üç istiqamətdən hücuma keçməyə çalışsa da, əsgərlərimiz bu hücumları dəf edib”, - mer deyib.