Ukrayna hərbçiləri Rusiya ordusunun 90-cı tank diviziyasının hərbçisi, polkovnik-leytenant Vitali Tsikuly məhv edib.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin polkovniki Anatoli Stefan "Twitter” səhifəsində məlumat
yayıb.
Məhv edilmiş Vitali Tsikulun xidmət etdiyi Rusiyanın 90-cı tank diviziyası (86274 saylı hərbi hissə) Rusiya Federasiyasının Sverdlovsk və Çelyabinsk vilayətlərində yerləşdirilib. Bölmə Mərkəzi Hərbi Dairənin tərkibinə daxildir. 2021-ci ildən diviziyanın komandiri polkovniki Ramil İbatullindir.
Qeyd edək ki, Vitali Tsikul Ukraynada zərərsizləşdirillən Rusiyanın 200-cü zabitidir. Ukrayna ordusu indiyədək azı 10 rus generalını məhv edib. Eyni zamanda, rus qoşunlarının uğursuzluqları ən azı 6 rus komandirinin işdən çıxarılmasına səbəb olub.
Aydın