Xəbər lenti

Ukrayna ordusu əks-hücuma keçdi
Dünya12:14 15.03.2022

Ukrayna ordusu əks-hücuma keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukrayna Silahlı Qüvvələri öz tapşırıqlarını yerinə yetirir. Biz təcavüzkarı dayandırmışıq, ehtiyat hissələrini yerləşdirmişik və müəyyən istiqamətlərdə əks-hücuma keçirik”.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeriy Zalujnı bildirib.
 
Zalujnı, həmçinin əlavə edib ki, Ukrayna hərbçiləri itkilər verir, amma geri çəkilmirlər: "Lakin onlar düşməndən bir neçə dəfə kiçikdir". 
Baş komandan həlak olan əsgərlərin ailələrinə başsağlığı verib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.