Xəbər lenti

Ukrayna ordusu problemlə üzləşdi
Dünya11:05 20.08.2014

Ukrayna ordusu problemlə üzləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Donetskdə və Luqanskda döyüşlər zamanı ağır artileriyadan terrorçulara qarşı istifadə etmək çətinləşib". 

Ans press-in məlumatına görə, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk deyib. O bildirib ki, İlovaysk, Yasinovataya, Donetsk, Luqansk rayonlarında toqquşmalar davam edir: "Mülkü əhali arasında kütləvi tələfat olmasın deyə ağır artileriyanın tətbiqinə məhdudiyyət var".

Tımçukun sözlərinə görə, Luqanskda gedən döyüşlər zamanı seperatçıların 13 tankı partladılıb və daha 30 avtomobili məhv edilib. O həmçinin vurğulayıb ki, paralel olaraq antiterror əməliyyatı qüvvələri də İlovaysk- Zuqres istiqaməti üzrə hərbi əməliyyat aparır. 

"Antiterror əməliyyatı qüvvələri döyüşlərdə fəal iştirak edirlər. Perevalskom, Şaxtersk və Luqanskda terrorçulara qarşı geniş əməliyyatlar davam etdirilir", - deyə Tımçuk qeyd edib.

Qaynar.info