Ukrayna ordusu Rusiyanın hərbi texnikalarını məhv edib.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Ukrayna ordu birləşmələri düşmən hərbi texnikasına güclü zərbələr endirib. Nəticədə Rusiyanın xeyli sayda ağır texnikası məhv edilib.
"Kostya Qordienko adlı 57-ci Əlahiddə Motoatıcı Briqadasının düşmən bölməsi ilə bir günlük döyüşün nəticəsi. Biz birlikdə qalib gələcəyik", deyə açıqlamada bildirilir.
Qeyd edək ki, daha əvvəl Nikolayevdə 79-cu briqadanın hərbçiləri vilayət mərkəzinə doğru hərəkət edən düşmən kolonunu məhv edib. Kəşfiyyat və topçuların yaxşı əlaqələndirilmiş zərbələri nəticəsində Rusiya ordusunun döyüş sursatı olan üç yük maşını, iki tanker və bir BMD-2 hava-desant döyüş maşını vurulub.