Xəbər lenti

Ukrayna ordusu Rusiyanın arxa təminat gəmisini vurdu
Dünya18:07 12.05.2022

Ukrayna ordusu Rusiyanın arxa təminat gəmisini vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna ordusu İlan adasına yaxınlaşan Rusiya Hərbi Dəniz Donanmasının "Vsevolod Bobrov" arxa təminat gəmisini vurub. 
Qaynarinfo xəbər verir ki, Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Bratçuk xəbəri təsdiqləyib.
Aldığı zərbə nəticəsində göyərtəsində yanğın baş versə də, gəmi batmayıb. 
Uzunluğu 95 metr, eni 22 metr olan 9500 tonluq "Vsevolod Bobrov" 2016-cı ildə suya braxılıb və Rusiya donanmasında bu tip 2-ci gəmidir. O, yük daşımaları, buksir, hidroqrafik tədqiqatlar, xilasetmə tədbirləri üçün nəzərdə tutulub. Buzqıran özəlliyi də var.