Ukrayna Silahlı Qüvvələri Verbovoye kəndi yaxınlığında Rusiyanın "Surovikin xətti” adlanan müdafiə xəttini yarıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” nəşrinin hərbi müxbiri Yulian Röpke geolokasiya ilə təsdiqlənmiş peyk şəkillərinə istinadən
yazır.
Dekabr ayına qədər Rusiyanın Ukraynadakı qruplaşmasına rəhbərlik edən, "Vaqner” üsyanından sonra saxlanılan və bütün postlardan məhrum edilən generalın adını daşıyan müdafiə xətti üç davamlı "əjdaha dişləri" cərgəsindən - beton piramidalardan ibarət olmalı idi. Fikirə görə, onlar tank və digər zirehli texnikanın hərəkətini dayandırmalı idi.
Röpke yazır ki, "əjdaha dişlər”i Ukrayna Silahlı Qüvvələrini əsas hücum istiqamətində yalnız bir gün saxlaya bilib.
Çərşənbə günü Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Novodanilovka - Novoprokopovka və Malaya Tokmaçka - Verbovoye" istiqamətlərində "uğur"u təsdiqləyib və qoşunların əldə edilmiş mövqelərdə möhkəmləndiyini bildirib.
Zaporojye vilayətində müdafiəni yarıb Melitopol istiqamətində irəliləmək, "Krıma quru körpüsünü” kəsmək üçün Ukrayna Silahlı Qüvvələrinin komandanlığı mövcud ehtiyatda olan son birləşmələrdən bir neçəsini döyüşə göndərib. "Forbes” yazır ki, Ukrayna Silahlı Qüvvələrinin Britaniyanın "Challenger” tankları, həmçinin "Marder” və "Stryker” piyada döyüş maşınları ilə təchiz edilmiş iki min nəfərdən ibarət 82-ci Hava Hücum Briqadası avqustun ortalarında Rabotino bölgəsinə yerləşdirilib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin möhkəmləndirilmiş ərazilərindən birinin yerləşdiyi Urojaynoyeni geri almağa nail olub. Müharibə Tədqiqat İnstitutunun (ISW) mütəxəssisləri yazır ki, Zaporojyedə Rusiyanın ikinci müdafiə xətti birincidən nəzərəçarpacaq dərəcədə zəif ola bilər.
Nizami Bağırov