Xəbər lenti

Ukrayna ordusu Xersonda 8 yaşayış məntəqəsini azad etdi
Dünya07:14 24.04.2022

Ukrayna ordusu Xersonda 8 yaşayış məntəqəsini azad etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna ordusu Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə "Cənub” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov məlumat verib.
"Xerson vilayətində saxta referendum ərəfəsində düşmən fəallaşmağa çalışıb" deyə Nazarov bildirib.
Onun sözlərinə görə, Rusiyanın Nikolaevkanı ələ keçirmək cəhdləri də uğursuz alınıb:
"Bölmələrimiz müşahidə məntəqələrinin mövqelərindən Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib".
Nazarov bildirib ki, Kiselevka ərazisində Ukrayna hərbçiləri işğalçıların Posad-Pokrovskoye növbəti hücumu üçün hazırlanan canlı qüvvə və texnikanın toplanmasına zərbələr endiriblər:
"Düşmən xeyli itki verərək Çernobaevkaya doğru geri çəkildi. Onların ümumi itkiləri 74 canlı qüvvə və 13 texnika, o cümlədən iki tank, çoxsaylı reaktiv yaylım atəşi sistemi, 6 zirehli və mühəndis texnikası, dörd PUA kəşfiyyat aparatı olub".
Aydın