Xəbər lenti

Ukrayna ordusunda nə qədər qadın döyüşür?
Dünya07:35 20.12.2023

Ukrayna ordusunda nə qədər qadın döyüşür?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanın genişmiqyaslı müdaxiləsi başlayandan bəri Ukrayna ordusunda qadınların sayı kifayət qədər artıb".
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin mətbuat və informasiya departamentinin rəhbəri İllarion Pavlyuk deyib.
"Hazırda Ukrayna Silahlı Qüvvələrində 60 mindən çox qadın var. Onlardan 18 mindən bir qədər çoxu mülki vəzifələrdir. 40 mindən çoxu isə faktiki olaraq hərbi qulluqçulardır. 5 mindən çoxu birbaşa döyüş bölgəsində döyüş tapşırıqlarını yerinə yetirir. Yəni, bu, genişmiqyaslı işğaldan əvvəlkindən daha əhəmiyyətli saydır. Müvafiq olaraq, uzun müddətli dinamika mövcuddur", deyə Pavlyuk bildirib.
Qeyd edək ki, bundan əvvək prezident Volodimir Zelenski Şura tərəfindən qəbul olunarsa, qadınların səfərbərliyi haqqında qanunu imzalamayacağını bildirib. Eyni zamanda, qanunda yaşı 27-dən aşağı olan kişilərin səfərbər olunması ilə bağlı düzgün arqumentlər varsa, dövlət başçısı bu təşəbbüsü dəstəkləyəcək.
Aydın