Xəbər lenti

Ukrayna ordusundan "Vaqner"ə ağır zərbə: "Bars-7" darmadağın edildi
Dünya06:52 02.05.2022

Ukrayna ordusundan "Vaqner"ə ağır zərbə: "Bars-7" darmadağın edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən "Vaqner” özəl hərbi şirkətinin "Bars-7” hücum dəstəsi Luqansk vilayətində Ukraynanın mövqelərinə hücum edib. Muzdluların böyük bir dəstəsi ukraynalıların birinci eşelon səngərinə soxulublar. Bununla belə, ukraynalı əsgərlər özlərini itirməyiblər, yaxın döyüşlərdə düşməni tamamilə darmadağın ediblər. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynalı hərbi jurnalist Yuri Butusov özünün "Facebook" səhifəsində yazıb. 
Rus qoşunları ağır itkilər verib, bir çoxu öldürülüb. "Bars-7” dəstəsinin 7 muzdlusu mexanikləşdirilmiş briqadalarından birinin əsgərləri tərəfindən əsir götürülüb. Muzdlular Rusiyanın hərbi komissarlığı vasitəsilə 205 min rubl maaşla işə götürüldüklərini bildiriblər.
Əsir götürülənlər: 
* Çelyabinsk vilayətindən olan zabit, mayor Viktor Korjavin
* Krasnodar diyarından, Timoşevsk şəhərindən olan radio operatoru Sergey Boqdanov
* Ufadan olan əsgər Vladimir Nasırov; İjevskdən Sudnev Valeri
* Kiçik serjant Yuşkov Dmitri
* Luqansk sakini Dmitri Kovalenko
* Eləcə də Tomskdan olan başqa bir Rusiya vətəndaşı.
Əsir düşənlər bildiriblər ki, "Bars-7” dəstəsinin bütün heyəti aprelin 20-də cəbhəyə göndərilib. Onların dediyinə görə, 10 gün davam edən döyüşlərdə 400 nəfərdən 150-yə yaxını ölüb və yaralanıb.
Nizami Bağırov