Xəbər lenti

Ukrayna ordusunun təyyarəsi vuruldu
Dünya11:34 30.07.2014

Ukrayna ordusunun təyyarəsi vuruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Donetskdə Rusiya yönümlü silahlılar Ukraayna ordusuna məxsus təyyarəni vurublar. 
Ans press-in məlumatına görə, Ukrayna mətbuatı yazır ki, təyyarə Donetsk səmasında separatçıların nəzarəti altında olan blokpostlardan birindən atəş açılması nəticəsində vurulub.
Yerli sakinlərin sözlərinə görə, təyyarə vurulmamışdan bir neçə saniyə əvvəl 7-8 nəfər paraşütlə tullanıb. Həmin şəxslərdən xəbər yoxdur.
Təyyarənin hərbi və ya yük təyyarəsi olduğu barədə məlumat verilmir. Separatçı Donetsk Xalq respublikası isə təyyarənin vurulmasını təsdiqləməyib.
Qaynar.info