Dünya 15:41 18.05.2023

Ukrayna partizanları iş başında: Krımda daha bir partlayış

Mayın 18-də səhər saatlarında Krımın Simferopol vilayətində dəmir yolunda partlayış baş verib, nəticədə taxıl olan 5 vaqon relsdən çıxıb, qatarların hərəkəti dayandırılıb.

Qaynarinfo "Pravda”ya istinadla xəbər verir ki, bu haqda Rusiyanın Baza https://t.me/bazabazon/17758 , Mash, 112 Teleqram kanalları, RİA və "Krımın başçısı”nın müşaviri Oleq Kryuçkov yazıb.

"Simferopol - Sevastopol yolunda elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılıb. Sərnişinlər bu stansiyalara avtobuslarla çatdırılacaq. Hərəkətin bərpası barədə sonra məlumat veriləcək", - Kryuçkov qeyd edib.

"Baza”dan verilən məlumata görə, dəmir yolu xətti səhər saat 8:20-də Baxçasaray yaxınlığında partladılıb. Hadisə nəticəsində taxıl olan 5 vaqon relsdən çıxıb.
Telegram kanalı 112 yazır ki, 8 vaqon relsdən çıxıb, onlardan 5-i aşıb.

Mash xəbər verir ki, Simferopol yaxınlığındakı Çistenkoye kəndi yaxınlığında dəmiryol xəttinin altına kustar üsulla hazırlanmış partlayıcı qurğu qoyulub. Partlayış kompozisiyanın əvvəlində baş verib. Zəminin 50 metri zədələnib, relslərin altındakı çuxurun diametri təxminən 15 m, dərinliyi isə 2 m-ə yaxın olub.
İddialara görə, itki yoxdur, lakin şahidlər səsin o qədər güclü olduğunu bildiriblər ki, qonşu kəndlərdə də eşidilib.

Alpər