Bu gün Ukrayna Silahlı Qüvvələri Sevastopol körfəzlərində yerləşən Rusiya Qara Dəniz Donanmasının gəmilərinə qarşı avtonom pilotsuz sualtı qayıqlarından istifadə edərək kütləvi hücum həyata keçirib.
Qaynarinfo xəbər verir ki, həmin hücumdan videogörüntülər "Telegram" kanallarda yayılıb https://t.me/zsuwar/23756
Kadrlarda Proyekt 11356P "Burevestnik” freqatına, Proyekt 775 Böyük Desant gəmisinə və Proyekt 1171 "Tapir” Böyük desant gəmisinə yaxınlaşma əks olunub. Eyni zamanda, həmin aparatlar Rusiya hərbi qüvvələri tərəfindən aşkarlanmayıb. Körfəzdən keçdikdən sonra pilotsuz sualtı aparatları partladılır. Sonra onların bəziləri rus patrullarından qaçmağa cəhdi edirlər.
Nizami Bağırov