Xəbər lenti

Ukrayna prezidenti şokda
Dünya04:34 21.05.2013

Ukrayna prezidenti şokda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vitali Kliçko reytinqdə Viktor Yanukoviçə çatıb


Ukrayna prezidenti Viktor Yanukoviçin çətin günləri başlayır. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Ukraynada apreldə keçirilən sorğunun nəticələri hakimiyyəti şoka salıb. Məlum olub ki, hazırki prezidentin reytinqi müxalif “Udar” partiyasının lideri, peşəkar boksçu Vitali Kliçkonun reytinqi ilə bərabərləşib.

Respondentlərin 16 faizi bildirib ki, əgər prezident seçkiləri bazar günü keçirilsəydi, onlar Vitali Kliçkoya səs verərdilər.
Eyni göstərici prezident Yanukoviçə da aiddir.

Həbsdə olan sabiq baş nazir Yuliya Timoşenkoya isə respondentlərin 9 faizi rəğbət bəsləyir.

Maraqlı odur ki, prezident seçkilərinin ikinci mərhələsinə Kliçko ilə Yanukoviçin keçəcəyi təqdirdə, hazırki prezidentin şansları çox aşağı olacaq. Belə ki, 38 faiz “Udar” liderini, 19 faiz isə Yanukoviçi dəstəkləyəcəyini açıqlayıb.

ANS PRESS