Xəbər lenti

Ukrayna Prezidentinin Ofisi Zelenski və Putin görüşü barədə məlumat yaydı
Dünya16:44 06.03.2022

Ukrayna Prezidentinin Ofisi Zelenski və Putin görüşü barədə məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə birbaşa danışıqlara hazırdır".
Qaynarinfo UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Andrey Sibiqa telemarafon zamanı deyib.
Onun sözlərinə görə, Zelenski gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir:
"Biz müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna Prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir. Əlbəttə heç bir ultimatum olmadan və qətiyyətlə".
Xəyal