Xəbər lenti

Ukrayna PUA-ları Rusiyanın üç bölgəsinə hücum etdi
Dünya 10:47 25.09.2023

Ukrayna PUA-ları Rusiyanın üç bölgəsinə hücum etdi

"Gecə saatlarında pilotsuz təyyarələr Krıma hücum etməyə çalışıb. Hava Hücumundan Müdafiə Qoşunları Qara dənizin şimal-qərb hissəsi və Krım Respublikası ərazisi üzərində dörd təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram-da bildirib.

Nazirlik hadisəni Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı terror aktları həyata keçirmək cəhdi adlandırıb.

Eyni zamanda Bryansk vilayəti üzərində daha iki pilotsuz təyyarə vurulub. Regionun qubernatoru Aleksandr Boqomazın sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Suraj rayonu üzərində təyyarəni vurub, itki və dağıntı olmayıb.

Kursk vilayətində də gecə narahat keçib. Regionun rəhbəri Roman Starovoytun sözlərinə görə, Kursk şəhərinin mərkəzi rayonunda PUA-nın hücumu nəticəsində bir neçə fərdi evə və inzibati binanın damına ziyan dəyib, yaşayış binasının şüşələri sınıb. Onun sözlərinə görə, itki yoxdur. "Daha bir dron Kursk vilayətinə düşüb, fərdi evdə şüşə sındırılıb. Biz hər kəsə yaşayış əmlakının bərpası üçün lazımi köməklik göstərəcəyik”, - Starovoyt Telegram-da yazıb.

Kursk vilayətində yüksək səviyyəli terror təhlükəsi və orta səviyyəli cavab tədbirləri tətbiq edilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->