"Avqustun 30-na keçən gecə müvəqqəti işğal olunmuş Krım pilotsuz təyyarələrin hücumuna məruz qalır”.
Qaynarinfo
xəbər verir ki, bunu işğal olunmuş Sevastopolun qauleyteri Mixail Razvojayev öz Teleqram kanalında bildirib.
"Sevastopol buxtası ərazisində, ilkin məlumatlara görə, düşmənin pilotsuz təyyarələrinin dənizdən hücumları dəf edilir. Bütün qüvvələr və xidmətlər hazırlıq vəziyyətindədir", - o yazıb.
Şəbəkə bildirir ki, onlar Sevastopolda hava hücumundan müdafiə sisteminin səsini eşidirlər.
Saat 04:25 yenilənməsinə görə, Razvojayev sualtı qayıq əleyhinə və təxribat dəstək qüvvələrinin akvatoriyada işlərini başa vurduğunu elan edib. "Hazırda məhv edilən hədəflərin sayı və növü barədə dəqiq məlumat yoxdur. Vəziyyətə nəzarət olunur", - o əlavə edib.
Saat 03:50 yenilənməsinə görə: Sevastopolun Naximovski rayonunda partlayış səsləri eşidilir.
Qeyd edək ki, bu gecə Rusiyanın şəhərlərində partlayış səsləri eşidilib. Əvvəlcə məlum olub ki, Pskov aerodromuna dron vurulub, ruslar dörd İl-76 təyyarəsinə dəyən ziyanı açıqlayıblar. Media hərbi hissənin ərazisində baş verən yanğından da yazıb, şəhərdə Edelveys planı tətbiq edilib.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi bir sıra ərazilərdə pilotsuz uçuş aparatlarının vurulduğunu bildirir. Ruslar partlayışların nəticələrini və hava hücumundan müdafiənin işini əks etdirən foto və videolar dərc edirlər. Partlayışlar Tula, Bryansk, Kaluqa və Oryol vilayətlərində baş verib.
Eyni zamanda, Ukrayna ərazisinə pilotsuz təyyarələrin hücumu olub, ardınca işğalçılar Odessa vilayətinə raketlər atıblar. Odessalılar partlayışların olduğunu, Kiyevin kənarında hava hücumundan müdafiənin işlədiyini bildiriblər.
Alpər