"Orduya 2020-ci il yaz çağırışının ertələnməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha hər hansı məlumat daxil olmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O, mətbuatdan Operativ Qərargaha belə sorğuların ünvanlandığını bildirib:
"Artıq qərargaha belə sorğular daxil olub. Bu saata hər hansı məlumat yoxdur. Amma bir saatdan sonra və eyni zamanda martın 19-na hansı qərarların olub-olmayacağını demək çətindir. Hər bir halda mətbuata məlumat veriləcək”.
Bahar Rüstəmli