Xəbər lenti

Ukrayna Qərb jurnalistlərinin cəbhə bölgəsinə girişini bağlayıb - "Le Temps"
Dünya11:05 22.08.2023

Ukrayna Qərb jurnalistlərinin cəbhə bölgəsinə girişini bağlayıb - "Le Temps"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna hərbi komandanlığı faktiki olaraq bütün xarici jurnalistlərin cəbhə bölgəsinə girişini qadağan edib. Buna səbəb şəxsi heyət arasında itkilərin yüksək olması və ya Ukrayna ordusunun yeni hücum əməliyyatına hazırlaşmasıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə İsveçrənin "Le Temps” nəşri yazır.
"Əlbəttə ki, jurnalistlərin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının şəxsi yazılı icazəsi olmadan, cəbhə xəttində olmaq indi tamamilə qadağandır. Bu cür tədbirlər onunla əlaqədar ola bilər ki, döyüş meydanında və iyunun əvvəlində başlayan əks-hücum çərçivəsində döyüşlər çoxsaylı itkilərlə davam edir və Ukrayna hərbçiləri hələ də Rusiya müdafiəsini yarıb keçə bilməyiblər”, - nəşr qeyd edir. Eyni zamanda qeyd edilir ki, təmas xəttinə çıxışın qadağan olunması ilə bağlı xarici KİV nümayəndələrinə əvvəlcədən xəbərdarlıq edilməyib.
Ukrayna departamentlərindən birinin mətbuat xidmətinin əməkdaşı ehtimal edib ki, xarici KİV nümayəndələrinin cəbhəboyu zonaya girişinə qadağa qoyulmasına səbəb yeni böyük əməliyyatın hazırlanması ola bilər və onun təfərrüatları hələlik gizli saxlanılır. Le Tempsin həmsöhbətinin fikrincə, Kiyev qışın gəlişi və yağıntıların cəbhədəki vəziyyəti çətinləşdirəcəyi qorxusuna görə yaxın həftələrdə hücum cəhdlərini gücləndirə bilər.
Nizami Bağırov