Xəbər lenti

"Ukrayna Qərb silahları üçün ideal sınaq meydançasıdır" - Aleksey Reznikov
Dünya11:32 05.07.2023

"Ukrayna Qərb silahları üçün ideal sınaq meydançasıdır" - Aleksey Reznikov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, ölkə Qərb silahları üçün ideal sınaq meydançasıdır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Nazirin sözlərinə görə, Ukrayna hərbçiləri "Patriot” hava hücumundan müdafiə sisteminin Rusiyaya məxsus "Kinjal” raketlərini vurmağa qadir olduğunu nümayiş etdirdilər. Münaqişə zamanı 10-dan çox belə raket ələ keçirilib. Səmanı qorumaq üçün Ukrayna həmçinin ABŞ-Norveç istehsalı olan NASAMS hava hücumundan müdafiə sistemlərini, həmçinin Almaniyada bu yaxınlarda hazırlanmış "İris-T"ni alıb. Bu, ilk dəfədir ki, NATO-nun bütün müxtəlif sistemləri birlikdə sınaqdan keçirilir. 
Aleskey Reznikov qeyd edib ki, NATO silahları daha dəqiqdir, lakin döyüş meydanında öz çatışmazlıqlarını da göstərib.
"Amerikanın M777 haubitsaları, alman "Panzerhaubitze 2000”ləri, fransız "Sezar”ları və Polşa "Krab”ları Rusiya artilleriyasından daha dəqiq olduğunu sübut edib. Amma NATO sistemləri gərgin döyüş əməliyyatları üçün nəzərdə tutulmayıb və işləyərkən 2-3 dəqiqəlik fasilə tələb olunur. Sovet silahlarında belə deyil. Amerikalı HIMARS "çox dəqiq" olduğunu sübut edib. Lakin güclü radioelektron mübarizə sistemləri onları "boğmağın” yollarını tapıb”, deyə Reznikov bildirib. 
Nəşr yazır ki, Qərb indi bir çox imkanlarını Rusiya və Çinə nümayiş etdirib. Buna görə də, rəqabət üstünlüyünü qorumaq üçün silahlarının işləmə peinsiplərini dəyişməli olacaq. Ekspertlər narahatdırlar ki, Qərb bütün bunlardan dərs çıxarmasa geridə qalacaqlar. 
FT-nin məlumatına görə, Almaniyanın bir müdafiə sənayesi zavodu artıq Ukrayna ordusunun əldə etdiyi məlumatlardan istifadə edir. Həmçinin, məhdud tədarükün öhdəsindən gəlmək üçün Ukrayna və onun müttəfiqləri yeni yanaşma tətbiq ediblər. Onlar əvvəlcə NATO təyyarələri üçün nəzərdə tutulmuş raketləri Ukrayna qırıcılarına quraşdırıblar. Adətən gəmilərdən buraxılan Britaniya "Harpoon" gəmi əleyhinə raketləri Rusiyanın zərbələrindən daha asan yayınmaq üçün ciplərə quraşdırılıb.
Nəşr qeyd edir ki, bu yaxınlarda Britaniyanın müdafiə sənayesi şirkəti "Babcock International", Fransanın artilleriya istehsalçısı "Nexter Systems" və "Leopard" tanklarının istehsalı ilə məşhur olan Almaniyanın "Rheinmetall" şirkəti silah və sistemlərə texniki xidmət müqavilələri imzalayıblar. Ötən ilin payızında Ukrayna NATO-nun kompüterləşdirilmiş "Logfas" məlumat bazasını təqdim edib. O, Kiyevə və onun müttəfiqlərinə hansı silahların işlək vəziyyətdə olması, hansının təmirə və ya tamamilə dəyişdirilməsinə ehtiyac olduğu barədə məlumat verir. Reznikov hesab edir ki, bütün bunlar Ukraynanın faktiki NATO ölkəsi olan güclü tərəfdaş olmasına əlavə sübutdur.
Nizami Bağırov