Qondarma LXR rəhbəri Leonid Paseçnik "özünü elan etmiş respublika”da ümumi səfərbərlik haqqında fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, qondarma LXR rəhbərinin fərmanında deyilir: "Luqansk Xalq Respublikası ərazisində ümumi səfərbərlik elan edilsin".
Bundan əvvəl şənbə günü qondarma DXR rəhbəri Denis Puşilin də "respublika”da ümumi səfərbərlik haqqında fərman imzalayıb.
Bundan əvvəl "DXR və LXR” rəhbərliyi "Kiyevdən gələn təhlükə” ilə əlaqədar vətəndaşların Rostov vilayətinə müvəqqəti təxliyyə edildiyini bəyan edib.
Evakuasiya ilk növbədə qadınlara, uşaqlara və qocalara aiddir. "Ukrayna prezidenti Vladimir Zelenski tezliklə hərbçilərə Donbasda hücuma keçmək, DXR və LXR ərazisini işğal etmək planını həyata keçirmək əmri verəcək”, - qondarma DXR rəhbəri Denis Puşilin bildirib.
Alpər