Xəbər lenti

Ukrayna-Rusiya danışıqları mümkündürmü? - Pərdəarxası müzakirələr gedir
Dünya10:34 04.11.2023

Ukrayna-Rusiya danışıqları mümkündürmü? - Pərdəarxası müzakirələr gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Avropa rəsmiləri Ukrayna hökuməti ilə Rusiya ilə sülh danışıqlarının mümkünlüyünü pərdəarxası müzakirə etməyə başlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Nəşr müzakirələrlə tanış olan ABŞ-ın indiki və keçmiş rəsmilərinə istinadən yazır ki, danışıqlar Ukraynanın Rusiya ilə razılığa gəlmək üçün nədən imtina etməli ola biləcəyinin çox geniş konturlarını əhatə edir.
Xüsusən də bu müzakirələrdən biri ötən ay Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun Ramşteyn formatında keçirilən iclası zamanı baş tutub və burada 50-dən çox ölkənin nümayəndəsi iştirak edib.
Nəşrin mənbələrinin bildirdiyinə görə, bu müzakirələr Ukrayna cəbhəsindəki vəziyyətin, Avropa və ABŞ-dakı siyasi vəziyyətin əksidir.
Rəsmilər jurnalistlərə bildiriblər ki, müzakirələr ABŞ və Avropa rəsmilərinin müharibənin dalana dirənməsi və Ukraynaya yardımın davam etdirilməsi ehtimalı ilə bağlı narahatlıqları fonunda keçirilir.
Nəşrin həmsöhbətləri deyirlər ki, Bayden administrasiyası Ukraynanın qüvvələrinin tükənməsindən narahatdır, Rusiyanın isə zahirən sonsuz ehtiyatları var.
Ukrayna da hərbi xidmətə çağırışa qarşıdır və bu yaxınlarda ölkədə prezident Zelenskinin hərbi çağırışla bağlı bəzi qeyri-müəyyən tələblərinə qarşı ictimai etirazlar başlayıb.
Nəşrin mənbələri onu da bildirir ki, ABŞ hökuməti təxminən bir ay əvvəl İsraillə HƏMAS arasında müharibənin şiddətlənməsindən sonra ictimaiyyətin Ukraynadakı müharibəyə diqqətinin azalmasından narahatdır. Rəsmilər bu dəyişikliyin Kiyevə əlavə yardım göstərməsini çətinləşdirə biləcəyindən ehtiyat edirlər.
Nəşr yazır ki, bəzi ABŞ hərbi rəsmiləri Ukraynada cəbhəsindəki mövcud vəziyyəti təsvir etmək üçün özəl olaraq "dalan” ifadəsindən istifadə etməyə başlayıblar.
Bəzi ABŞ rəsmilərinin indi "düymlərin müharibəsi" adlandırdıqları döyüş meydanında heç bir tərəf ciddi qazanc əldə etmir.
Rəsmilər özəl olaraq bildiriblər ki, Ukraynanın sülh danışıqları ilə bağlı daha təcili müzakirələrə başlamaq üçün çox güman, ilin sonuna qədər və ya bir az daha çox vaxtı var. 
Amerika rəsmiləri bu fikirləri Avropa müttəfiqləri ilə bölüşüblər.
"Danışıqlarla bağlı istənilən qərar Ukraynanın ixtiyarındadır. Biz, azadlığını və müstəqilliyini Rusiyanın təcavüzündən müdafiə edən Ukraynanı qətiyyətlə dəstəkləməyə davam etməyə cəmləşmişik”, - deyə Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienn Uotson bildirib.
Bayden administrasiyasının rəsmisi həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna ilə sülh sammiti çərçivəsinə dair baxışını müzakirə edib, lakin Ağ Ev "hazırda danışıqlarla bağlı Ukrayna ilə başqa söhbətlərdən xəbərsizdir”.
Nizami Bağırov