Qərb tərəfdarlarının Moskvanln mümkün cavabı ilə bağlı narahatlıqlarına baxmayaraq, Ukrayna Rusiya ərazisinin dərinliklərində hücumları dayandırmaq niyyətində deyil.
Qaynarinfo xəbər verir ki, bunu "Financial Times" qəzetinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov deyib.
Qəzet qeyd edir ki, Ukrayna pilotsuz təyyarələrinin hücumlarının bu cür cəsarətli taktikası Ukraynanın bəzi tərəfdaşlarında narahatlıq doğurur. Onlar xəbərdarlıq edirlər ki, bu, hətta nüvə silahından istifadə etməklə Rusiya prezidenti Vladimir Putinin daha sərt reaksiyasına səbəb ola bilər. Amma Ukrayna kəşfiyyatının rəhbəri bu cür narahatlıqlardan narahat deyil və o, Rusiyanın "dərinliklərinə işləməyə" davam edəcəyinə söz verir.
"Yaxın gələcəkdə hər hansı əsaslı dəyişiklik gözləmirik. Etdiyimiz hər şeyi gələcəkdə də etməyə davam edəcəyik", deyə Budanov bildirib.
O, bu ilin Ukrayna üçün çətin olacağını proqnozlaşdırıb. "Hər şeyin qaydasında olduğunu söyləmək doğru deyil. Bunun bir fəlakət olduğunu söyləmək də doğru deyil", deyə Budanov Ukraynanın keçən ilki əks-hücumunun məqsədlərinə nail olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib".
Aydın