Xəbər lenti

Ukrayna Rusiya ordusunun İran PUA-ları bazalarına hücuma hazırlayır
Dünya08:45 07.10.2022

Ukrayna Rusiya ordusunun İran PUA-ları bazalarına hücuma hazırlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda İranın pilotsuz uçuş aparatlarının buraxıldığı Rusiya bazalarına zərbələr endirməyə hazırlaşır. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyinin müdafiə məsələri üzrə attaşesi, general-mayor Boris Kremenetski bildirib.
Onun sözlərinə görə, "Şahed-136” kamikadze dronları ləng və səs-küylü olduğu üçün onlarla "mübarizə aparmaq asan” olmasına baxmayaraq, Ukrayna Rusiyada onların sayının nə qədər olduğunu dəqiq bilmir. Tehranın Moskvaya tədarük etdiyini dəfələrlə təkzib etdiyi İran pilotsuz uçuş aparatları mülki infrastruktura zərbələr endirmək üçün istifadə olunur. Ukrayna qüvvələri hər gün altıya qədər PUA vursa da, onlar yenə də ciddi ziyan vurur.
SA-8 reaktiv yaylım atəşi sistemləri və "Şilka” özüyeriyən zenit silahları "Şahed-136”ya qarşı mübarizədə effektivliyini sübut edib. Almaniya istehsalı olan "Gepard”  özüyeriyən zenit sistemləri də dronları vurmaqda mahirdir. Buna baxmayaraq, ukraynalı komandirlər HIMARS raket sistemlərinin köməyi ilə pilotsuz uçuş aparatlarının haradan buraxıldığını öyrənmək və bu bazalara hücum etmək vəzifəsini qarşılarına qoyublar.
Ukrayna Silahlı Qüvvələrinin komandanlığının qiymətləndirməsinə görə, ümumilikdə Rusiya döyüş meydanında İrana məxsus 46 ədəd "Şahed-136” PUA-larından istifadə edib, onların 60%-i məhv edilib. Onların hamısı sentyabrın 30-dan sonra işə salınıb. 
"İranın kamikadze PUA-larının istifadəsi Rusiyaya Ukrayna ordusunda peyda olan HIMARS reaktiv yaylım atəşi sistemlərinin müharibənin gedişində göstərdiyi effekti vermir", deyə Müharibə Tədqiqatı İnstitutunun (ISW) analitikləri yazır.
"Rusiya ordusu bu dronların zərbələrini asimmetrik olaraq cəbhənin yaxınlığındakı əsas nöqtələrə cəmləməyə çalışmır. Çox güman ki, terror vasitəsilə effekt əldə etmək ümidi ilə arxa cəbhədəki mülki hədəflərə qarşı çox sayda pilotsuz uçuş aparatları buraxırlar. Bu hərəkətlər uğur gətirmir”, hərbi ekspertlər bildirib.
Nizami Bağırov