Xəbər lenti

Ukrayna – Rusiya savaşının qalibi kim olacaq? - Proqnoz
Dünya10:59 04.07.2022

Ukrayna – Rusiya savaşının qalibi kim olacaq? - Proqnoz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aparıcı Qərb mediası Ukrayna-Rusiya müharibəsinin hansı nəticə ilə başa çatacağı barədə ən müxtəlif proqnozlar səsləndirir. Azərbaycanda da icitimai müzakirələr bu savaşın taleyi ilə bağlıdıır.
ASDP sədri Araz Əlizadə mətbuata açıqlamasında bildirib ki, Ukrayna rus ordusunun qarşısında tab gətirə bilməyəcək:
"Rusiya-Ukrayna müharibəsinin nəticəsi artıq məlumdur. Rusiya qalib gəlib. Odur ki, savaşın nəticəsini gözləməyin mənası yoxdur. Ukrayna məğlub olub”.
Bu məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bu qənaətdədir ki, Ukraynanın məğlub olacağını düşünənlər geopolitika və dünya nizamının, strateji müharibənin nə olduğunu anlamayanlardır:
"Ukraynada başlanan savaş geopolitik hədəfi olan strateji xarakterli dünya müharibəsidir. Bu dünya müharibəsində Rusiyanın hətta nəzəri cəhətdən belə qalib gəlməsi mümkün deyil. Hər şey bu qədər aydındır. Rusiyanın artıq strateji cəhətdən məğlub olduğunu ciddi siyasətçilər, strateqlər bilir. Söhbət operativ-taktiki məsələ və hansı zamanda strateji savaşın klassik hissəsinin başa çatacağından gedir”.
Rüfət Sultan