Xəbər lenti

Ukrayna Rusiya sərhədinə “Bayrakdar”ları göndərməyə başladı
Dünya11:15 27.05.2021

Ukrayna Rusiya sərhədinə “Bayrakdar”ları göndərməyə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son vaxtlar Rusiya ilə sərhəd yaxınlığında Ukrayna pilotsuz təyyarələrinin uçuşlarının sayı kəskin şəkildə arıb. 
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyası FSB direktorunun birinci müavini - Sərhəd Mühafizə Xidmətinin rəisi Vladimir Kulişov deyib.
Onun sözlərinə görə, Ukrayna Dövlət Sərhəd Mühafizə Xidməti (QPSU) Qərb tərəfdaşlarının köməyi ilə sərhəd fəaliyyətində istifadə olunan pilotsuz təyyarə parkını daim artırır.
Kulişov onu da qeyd edib ki, bundan başqa, Ukrayna Türkiyə və İsrailin kəşfiyyat-zərbə və insansız hava vasitələrinin tətbiqi təcrübəsini fəal şəkildə öyrənir. Kiyev onlardan Donbasdakı münaqişə zonasında istifadə etməyi düşünür.
Alpər