Ukraynanın Müdafiə Qüvvələri yüksək dəqiqlikli zərbə ilə Rusiya Federasiyasının Rostov vilayətində ballistik raketlər üçün bərk yanacaq istehsal edən zavodu məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi Telegram kanalında məlumat
yayıb.
"Son günlərdə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rostov vilayətinin Kamensk-Şaxtinsk şəhərində yerləşən hərbi-sənaye kompleksinə yüksək dəqiqlikli zərbə endiriblər”, — deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu müəssisə ballistik raketlər üçün bərk yanacaq istehsalı üçün istifadə olunub. Bu raketlər isə Ukraynanın mülki infrastrukturu, o cümlədən xəstəxanalar, yaşayış binaları və elektrik stansiyalarını məhv etmək məqsədilə tətbiq olunub.
"Bu zərbə, Ukrayna mülki vətəndaşlarına qarşı terror hücumlarını həyata keçirmək potensialını zəiflətmək üçün Rusiya Silahlı Qüvvələrinə qarşı aparılan hərtərəfli kampaniyanın bir hissəsidir”, — deyə məlumatda vurğulanır.
Daha əvvəl məlum olmuşdu ki, Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus uzaq məsafəli pilotsuz uçuş aparatları Rostov vilayətinin Novoçerkassk yaxınlığında yerləşən Kadamovski poliqonundakı sursat anbarında partlayış törədib. Bu poliqon Rusiya Federasiyasının ən böyük hərbi bazalarından biridir.
"The Economist” yazır ki, Ukrayna Qərbdən mümkün yardım çətinliklərini nəzərə alaraq raket sənayesini inkişaf etdirmək üzərində işləyir. Hazırda üzərində iş gedən raketlərdən biri də "Trembita”dır.
Alpər
Şərhlər