Dünya 11:54 28.04.2022

Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hərbi itkiləri barədə paylaşım edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook" səhifəsində məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 970 tankı, 2389 zirehli döyüş maşını, 431 artilleriya sistemi, 151 reaktiv yaylım atəşi sistemi, 72 havadan müdafiə sistemi, 187 hərbi təyyarəsi, 155 helikopteri, 1688 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 215 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 31 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 22 800-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.