Xəbər lenti

Ukrayna Rusiyanın Zaporojye AES-də törədəcəyi terrora hazırlaşır - DİN
Dünya09:18 23.06.2023

Ukrayna Rusiyanın Zaporojye AES-də törədəcəyi terrora hazırlaşır - DİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər Rusiya işğalçılarının işğal altındakı Zaporojye AES-də terror aktı törədəcəyi təqdirdə nəticələri aradan qaldırmağa hazırlaşır. Ukraynada artıq qərargahlar yaradılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat verib.
"İlk növbədə, insanları sakit olmalıdırlar. Bu, bizim bütün xidmətlərimizin - Energetika nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, yerli hakimiyyət orqanlarının istənilən fövqəladə hadisə və vəziyyətlərə, o cümlədən Zaporojye AES-dən mümkün radiasiya sızması ilə bağlı olanlara hazır olmasına əsaslanır”, - nazir bildirib. 
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi bu gündən müvafiq qərargahların işini başladıb. Orada energetiklər, FHN əməkdaşları, polis və həkimlər iştirak edəcək. Klimenko qeyd edib ki, fövqəladə hallar zamanı davranış qaydalarını vətəndaşlara çatdırmaq vacibdir.
Nazir vurğulayıb ki, terror aktı baş verərsə, ən vacib gün radiasiya fonunun ən yüksək olacağı ilk gün olacaq.
"Zaporojye AES-ə gəlincə, istənilən hadisədən sonra havada ola biləcək radioaktiv fon təxminən 1 gün qalacaq. Yəni biz bir sutka ərzində radioaktiv fonu 80% azaldacağıq", - o vurğulayıb.
"Yaxın günlərdə yolların bağlanması və müvafiq qaydada sanitar nəzarət məntəqələrinin yerləşdirilməsi ilə müvafiq təlimlər keçirəcəyik, orada radiasiyanı yoxlayacağıq. Bizdə olan bütün radiasiya ölçən avadanlıqlar kalibrlənib və işə hazırdır. Biz istənilən çağırışlara aydın şəkildə cavab verə bilməyimiz üçün bir daha bütün xidmətləri qruplaşdırmaq istəyirik,” - nazir bildirib.
Klimenko qeyd edib ki, zərər çəkmiş ərazini tərk etmək istəyən bütün vətəndaşlar müvafiq nəqliyyatla təmin olunacaqlar.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski işğalçı qüvvələrin Zaporojye AES-də radiasiya yaymaqla terror aktı hazırladığını bildirib. O, rusiyalıların artıq buna hazır olduğunu vurğulayıb.
Nizami Bağırov