Xəbər lenti

Ukrayna Rusiyaya zərbə endirmək üçün ATACMS raketlərindən istifadə edib - WSJ
Dünya15:35 17.10.2023

Ukrayna Rusiyaya zərbə endirmək üçün ATACMS raketlərindən istifadə edib - WSJ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələri çərşənbə axşamı Rusiya mövqelərini ATACMS raketləri ilə vurub. Bu, ABŞ-ın verdiyi silahların Ukraynadakı müharibə zamanı ilk dəfə istifadə edildiyini göstərir.
Qaynarinfo bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.
Vəziyyətlə tanış olan mənbələrin sözlərinə görə, son günlər Ukraynaya gizli şəkildə az sayda raket göndərilib. Qeyd olunur ki, onlar Ukraynanın əks-hücum əməliyyatının mühüm mərhələsində Rusiya qüvvələrinə qarşı uzaq məsafədən zərbələr endirmək imkanlarını artıracaqlar.
"Ukrayna uzun müddətdir ki, Rusiya arxa cəbhəsinin dərinliyinə vura bilər bilən və ABŞ-ın verdiyi HIMARS-dan buraxıla bilən "yer-yer” raketləri olan ATACMS istəyir”, deyə materialda qeyd edilir.
Jurnalistlər qeyd edirlər ki, təqdim olunan ATACMS raketləri təxminən 100 mil (160 km) məsafədə hədədləri vura bilir. 
Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin "StratCom" agentliyi məlumat verib ki, Müdafiə Qüvvələri gecə müvəqqəti işğal olunmuş Luqansk və Berdyanskda düşmən aerodromlarına silsilə hücumlar həyata keçirib.
Bu arada Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, rusiyalılar öz hücumları üçün aerodromlarda helikopterləri və taktiki təyyarələri cəbhə xəttinə daha yaxın saxlamağa çalışırlar, ona görə də işğal olunmuş Luqansk və Berdyanskda düşmənin texnikasını məğlub etmək çox vacibdir.
Daha sonra Xüsusi Əməliyyat Qüvvələri məlumat verib ki, DRAGONFLY xüsusi əməliyyatı nəticəsində Luqansk və Berdyanskda düşmənin aerodromlarında Rusiyaya məxsus 9 helikopter, hava hücumundan müdafiə qurğusu, sursat anbarı və digər hərbi texnika məhv edilib. 
Nizami Bağırov