Xəbər lenti

Ukrayna SBU hərbi əsirlərə işgəncə verib öldürməsiylə öyünən rus əsgərin yerini öyrəndi (FOTO)
Dünya14:27 27.04.2023

Ukrayna SBU hərbi əsirlərə işgəncə verib öldürməsiylə öyünən rus əsgərin yerini öyrəndi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosşəbəkədə həyat yoldaşı ilə telefon danışığında ukraynalı hərbi əsirləri öldürdüyünü deyən həmin rusiyalının fotosu tapılıb.
Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər verir. 
Fəal Sergey Sternenkonun dediyinə görə, raşistin adı Yevgeni Yuryeviç Suçkodur ("Klyukva” ləqəbli), o, 12 iyun 1995-ci ildə anadan olub.
"Onun haqqında burada göstəriləndən daha çox məlumat var. Onun müvəqqəti sağ olduğuna dair əvvəlcədən xəbər var", - o bildirib.
Raşistin Novqorod vilayətinin Qryadi kəndində yaşadığı məlumdur. Ukraynada onun bölməsi Xarkov vilayətinin müvəqqəti işğal olunmuş hissəsində Olşana kəndi yaxınlığında yerləşə bilər.
Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı ilə həyat yoldaşı arasında Ukraynanın şərq cəbhəsində aparılan telefon danışığının yeni dinləməsini dərc edib. Yayımlanan səsyazmasında raşist ukraynalı hərbi əsirləri necə vəhşicəsinə qətlə yetirdiyini ətraflı izah edir:
"Bilirsən, kişilərin hülqumu olur. Onun aşağısından boğazını üzürsən. Ya da qulağının arxasından avtomatın sünbəsiylə. Bəs qədər beləsini məhv etmişəm. İndi sizinlə danışıram, gedib yenə canlarını alacam, sonra da rahatca yatacam".
SBU bildirib ki, onlar artıq cəlladın şəxsiyyətini, onun iş yerinə aid məlumatları, xidmət yerini və sosial dairəsini müəyyənləşdiriblər. Onun 2022-ci ilin payızında səfərbər olunduğu, o vaxtdan bölməsi ilə birlikdə Xarkov vilayətində mövqelərdə olduğu məlumdur.
Alpər