Qazaxıstanın Rus, Slavyan və Kazak Təşkilatları Assosiasiyası (ARSK) öz saytında ölkə rəhbərliyini Ukraynanın Nur-Sultandakı səfiri Petr Vrublevskini persona non qrata elan etməyə çağırıb. Belə reaksiyaya onun sosial şəbəkələrdə "ukraynalıların mümkün qədər çox rusu öldürmək istəyi” ilə bağlı açıqlamaları səbəb olub.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.
ARSK-nın rəhbəri Vladimir Bojkonun qeyd etdiyi kimi, bu cür bəyanatlar "səfir statusu və diplomatik etika ilə bir araya sığmır”, həmçinin "120-dən çox etnik qrupun, o cümlədən ruslar və ukraynalıların sülh və dostluq şəraitində yaşadığı ölkədə sülh və harmoniyaya qəsddir”.
Vrublevski artıq Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz edilib.
Bundan əlavə, Rusiya Federasiyasının İstintaq Komitəsi ukraynalı diplomatın sözlərinə hüquqi qiymət verəcəyini vəd edib.
Alpər