Xəbər lenti

Ukrayna səfirindən kanslerə: “Özünü "incimiş qaraciyər kolbasası" kimi aparma"
Dünya11:24 03.05.2022

Ukrayna səfirindən kanslerə: “Özünü "incimiş qaraciyər kolbasası" kimi aparma"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya kansleri Olaf Şolts Ukraynaya getməyəcəyini bildirib. 
Qaynarinfo "Euractiv” saytına istinadən xəbər verir ki, bu barədə kansler birinci gün çıxışında deyib.
Ötən ay Ukrayna prezidenti Volodimir Zelenski Almaniya prezidenti Valter Steynmerin Rusiya ilə yaxın əlaqələrinə görə Kiyevə gəlməsinə razılıq verməmişdi. Kansler Şolts hazırda bunu əsas gətirərək Ukraynaya getməyəcəyini bildirib. 
Bu isə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik tərəfindən sərt reaksiya ilə qarşılanıb: 
"Özünü "incimiş qaraciyər kolbasası" kimi aparmaq dövlət adamına yaraşmır. Bu, faşistlərin Ukraynaya hücumundan bəri ən qəddar müharibədir, uşaq baxçası deyil”, detə səfir Andrey Melnik Almaniya mətbuatına açıqlamasında deyib. 
Son aylarda Ukraynanın Almaniyadakı səfiri ziddiyətli fiqura çevrilib. Siyasi şərhçilər və siyasətçilər onun Almaniya hökumətini tənqidləri ilə ölkənin daxili işlərini qarışdığını iddia edirlər. 
"Sən bunu edə bilməzsən. Ukraynanın gələcəkdə təhlükəsizlik qarantiyası üçün vacib olan bu qədər hərbi və maliyyə dəstəyi verən ölkəyə deyəsən ki, "yox sizin prezident gəlməsin, belə olmur”, detə Şolts bildirib.
Qeyd edək ki, dünən Almaniya Xristian Demokratlar partiyasından müxalifət lideri Fridrix Merz Ukraynaya gedəcəyini deyib. 
Nurlan